Xurma ixracına vergi tətbiq edilib


Digərləri 07 İyn 2019 07:01:41 242 0

Xurma ixracına vergi tətbiq edilib

İranın Bazarın Tənzimlənməsi Komitəsi müxtəlif xurmaların ixracına vergilər tətbiq edib.

Bakı. Elnur Bağışov - İranın Bazarın Tənzimlənməsi Komitəsi müxtəlif xurmaların ixracına vergilər tətbiq edib. Trend-in məlumatına görə, hər 1 kq "Mozafati" xurmasına 80 min rial (təxminən 0,59 dollar), "Kabkab" xurmasına 50 min rial (təxminən 0,37 dollar,) digər xurmalara isə 30% vergi tətbiq olunub. Qeyd edək ki, aprelin 30-da İranın Bazarın Tənzimlənməsi Komitəsi xurma ixracına qadağa tətbiq edib. Lakin bəzi rəsmilərin etirazı nəticəsində sonradan bu qərar icra olunmayıb.