Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək


Digərləri 07 İyn 2019 05:40:00 201 0

Tereza Mey Mühafizəkar Partiyasının lideri postunu tərk edəcək

Tereza Mey Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək

Bakı. Tereza Mey Böyük Britaniyanın hakim partiyası olan Mühafizəkar Partiyasının lideri vəzifəsini tərk edəcək. Trend-in məlumatına görə, buna baxmayaraq T.Mey Birləşmiş Krallığın baş naziri vəzifəsini icra etməyə davam edəcək. 62 yaşlı siyasətçi postunu tərk etməsi haqqında qərarı mayın sonunda elan edib. Belə addıma səbəb Britaniya parlamenti vasitəsilə Brexit-in şərtləri barədə Avropa Birliyi ilə razılığın əldə edilməməsi olub.