Gürcüstanda helikopter qəzaya uğradı,


Dünya 06 İyn 2019 23:53:00 229 0

Gürcüstanda helikopter qəzaya uğradı,

Gürcüstanda Kazbeqi bölgəsində, Stepantsiminda qəsəbəsi yaxınlığındakı dağlıq ərazidə helikopter qəzaya uğrayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb.

Qəzanın səbəbləri hələlik məlum deyil. Gürcüstanın Mülki Aviasiya Agentliyi helikopterdə "qara qutu"nun olmadığını açıqlayıb.

Amerika-Kanada birgə istehsalı olan BELL-505 markalı helikopter 2018-ci ildə istehsal olunub. Bu ilin may ayında helikopter texniki baxışdan keçib. Hadisə şahidlərinin sözlərinə görə, helikopter 50-60 metr hündürlükdə uçub və havada alovlanıb.