Məleykədən Niyaməddin Musayev haqqında ilginc iddia


Şou-biznes 06 İyn 2019 23:56:00 321 0

Məleykədən Niyaməddin Musayev haqqında ilginc iddia

Xalq artisti Məleykə Əsədova "Dalğa" TV-də yayımlanan "Gün ortası Zümrüdlə" proqramında Niyaməddin Musayevin sirrini açıqlayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, Xalq artistinin illərdir yoqa ilə məşğul olduğunu bildirib:

"2001-ci ildə Kiprdə dövlət televiziyası günü keçirilirdi. Sənət adamları ilə birlikdə Kiprə getmişdik. Səhər tezdən Mailə Muradxanlı çağırdı ki, buraya gəlin. Niyaməddin Musayev səhər saat 6-da oyanıb, dəniz kənarında çimərlik geyimində yoqa ilə məşğul olurdu. Ona görə Niyaməddin müəllim belədir. Nə qədər çağırırdıq, gəlmirdi, yerində qalmışdı".

Musayev isə hər səhər yoqa ilə məşğul olduğunu etiraf edib.