Hansı namazlar bərkdən, hansılar yavaşdan qılınır?


Digərləri 06 İyn 2019 23:40:00 207 0

Hansı namazlar bərkdən, hansılar yavaşdan qılınır?

Namazların qiraət hissəsi, yəni Fatihə və sonrakı surə, eləcə də, təsbihati-ərbəə bəzən yavaş, bəzən də uca səslə qılınır. Uca səslə edilən qiraətə "cəhr", asta səslə oxunan qiraətə isə "ixfa" deyirlər. Gündəlik namazlardan sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraət bərkdən oxunur. Məğrib namazının üçüncü rükəti, işa namazının üçüncü və dördüncü rükətləri astadan qılınır. Zöhr və əsr namazlarının bütün rükətlərində qiraət astadan edilir. Ucadan qiraətin həddi budur ki, adamın yanında duran adam onun nə dediyini eşitsin və başa düşsün. Bu zaman səsi həddən artıq yüksəldib çığırmaq olmaz. Astadan qiraət isə pıçıltı deməkdir.