Alla Puqaçova kişiyə necə çevrildi?


Digərləri 06 İyn 2019 23:13:00 204 0

Alla Puqaçova kişiyə necə çevrildi?

Şəxsi həyatı sənəti qədər əsrarəngiz olan dünya sənətçilərindən biri də Alla Puqaçovadır. Primadonanın bir vaxtlar kişiyə çevrildiyini bilirdiniz? Təəccüblənməyin.

Son.az publika.az-a istinadən məsələnin əslini təqdim edir.

Belə ki, "Oxuyan qadın" filminə çəkilərkən Primadonna ekran əsəri üçün bir sıra mahnılar yazır. Lakin həm filmdə baş rolu ifa edən qadın, həm də musiqilərin müəllifi kimi iki eyni imza qadağan idi. Həmçinin mahnılara musiqi yazmaq haqqı yalnız SSRİ Bəstəkarlar İttifaqının üzvlərinə verilmişdi.

Odur ki, Puqaçova bəstəkar kimi Boris Qorbonov təxəllüsünü götürüb, onun imzası ilə ittifaqa üzv olur. Film böyük səs-səda doğurandan sonra gizli bəstəkar haqda əfsanələr dolaşmağa başlayır. Nəhayət, "Mosfilm" əməkdaşları Borisin fotoşəklini tapırlar. Şəkildə bığlı, başında parik olan Allanı görəndən sonra hər kəs heyrətlənir.