Planetmizə asteroid düşərsə, nə baş verəcək?


Digərləri 06 İyn 2019 23:15:00 231 0

Planetmizə asteroid düşərsə, nə baş verəcək?

Avropanın kosmik agentliyinin və NASA-nın mütəxəssisləri, on ildən sonra planetmizə iri bir asteroidin düşdüyü halda, nə baş verə biləcəyi haqqında danışmışdır.

Qeyd edək ki, Yer kürəsinə yaxınlaşa bilən iri asteroid haqqında deyilənlər əslində uydurmadır. "Deyerler.org"un "mk.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu versiya misal üçün, fərz edilərək təlimlər çərçivəsində işlədilir. "2019 PDC" adı alan hipotetik asteroid haqqında hələ oktyabr ayında məlumatlar yayılmışdır. O vaxt fərziyyələrə görə, artıq bir ay idi ki, asteroid aşkar olunmuşdur. Onun Yer kürəsi ilə toqquşması 50,000-də 1 kimi qiymətləndirilirdi. Onun həcmi, 100-300 metr ölçüsü ilə hesab edilirdi. Onun müşahidə edildiyi vaxtdan Yerə qədər olan məsafəsi 57 milyon kilometr qeyd edilirdi.

Ekspertlər, nə vaxtsa yaxınlaşa biləcəyi fərz olunan asteroidin partladılması üçün zond göndərməyi düşünürdü. Partlayış yalnız onun bir hissəsini hədəfdən yayındıracaqdır. Beləliklə onun qarşısını almaq mümkün olmayacaqdır və 2024-cü ilə o, Yerə çatacaq. Fərziyyələrə görə, asteroid Yerlə toqquşması Xirosima partlayışından 1000 dəfə güclü olacaq.

Kosmonavtika üzrə ekspert və jurnalist Vitaliy Yeqorov prokurorluğa şikayət ərizəsi təqdim etmişdir. Onun sözlərinə görə, yayılan bu növ saxta məlumatlar - yeni qəbul olunmuş, saxta məlumatların yayılmasına dair qanunun pozulmasıdır. Həqiqətən dövrümüzdə mövcud olaraq təhlükəli hesab olunan asteroid Bennudur. 2169-2199-cu illərdə onun Yerlə toqquşma şansı 4000-də 1 qədər hesab olunur.