“Avtoritet” Vaqifin yasına maskalıların basqını


Dünya 06 İyn 2019 23:04:00 242 0

“Avtoritet” Vaqifin yasına maskalıların basqını

Rusiyanın Sverdlovsk vilayətində azərbaycanlı kriminal avtoritet Vaqif Sultanovun ("Vaqif Kamışlovski") ötən gün mayın 5-də keçirilən yas mərasiminə xüsusi təyinatlıların basqınının təfərrüatları məlum olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və OMON-un yas mərasiminin keçirildiyi "Komfort" kafesinə basqını zamanı güc strukturlarının əməkdaşları "bespredelə" yol veriblər.

"Biz Vaqifin yasına toplaşmışdıq. İçəri maskalı, başları dəbilqəli adamlar şığıdılar, hamını üzü döşəməyə uzatdılar və tam "bespredel" təşkil etdilər. Sadəcə olaraq "mujiklərin" üstünə masadakı araqları tökdülər, yeməyi dağıtdılar. Sonra hamını maşına basıb Yasnoe polis bölməsinə apardılar. Orada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, FTX-nin nümayəndələri vardı. Qadağan olunmuş predmetlər-narkotik, silah axtardılar, amma heç kimdən heç nə tapmadılar. Bax budur profilaktika"-yas mərasiminin iştirakçılarından biri anonimlik şərti ilə bildirib.

Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun "Komfort" kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd "profilaktik xarakter daşıyırdı". Onun sözlərinə görə, reydə "Rosqvardiya"nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.