Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki...


Digərləri 06 İyn 2019 23:10:00 284 0

Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki...

İmam Əli (ə) buyurur: "Eyb axtarmaq - ən çirkin eyblərdən və ən pis günahlardandır".

İmam Əli (ə) buyurur: "Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki, hamıdan çox insanların eybini axtarar".

İmam Sadiq (ə) buyurur: "Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır - bilin ki,İlahi məkrə giriftar olmuşdur".

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar".

İmam Əli (ə) buyurur: "Ən üstün insan - o kəsdir ki, öz eybləri onu başqalarının eyblərini axtarmaqdan saxlayar".

İmam Əli (ə) buyurur: "O kəs ki, başqalarının eyblərini axtarmaq ardıncadır, gərək özündən başlasın".

İmam Sadiq (ə) buyurur: "İnsan üçün ən faydalı şey odur ki, başqalarından daha tez öz eyblərini islah etməyə çalışar".