Dubayda yol qəzasında 15 nəfər həlak olub


Dünya 06 İyn 2019 22:53:00 232 0

Dubayda yol qəzasında 15 nəfər həlak olub

Dubayda turist avtobusu ağır yol qəzasına uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 15 nəfər həlak olub.

Avtobusda olan daha beş nəfər ağır xəsarət alıb. Avtobusda ümumilikdə 31 sərnişin olub.

Qeyd edilir ki, qəza bu gün axşam Sheikh Mohammed Bin Zayed Road şossesində baş verib.