“Mercedes”lə “Zaporojets” toqquşdu, iki uşaq yaralandı


Digərləri 06 İyn 2019 22:56:00 197 0

“Mercedes”lə “Zaporojets” toqquşdu, iki uşaq yaralandı

Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Hikmət Abbaslının idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Vüsal Mamedovun idarə etdiyi "Zaporojets" markalı avtomobilin toqquşması nəticəsində 9 aylıq və 7 yaşlı iki uşaq xəsarət alıb. Onların 2012-ci il təvəllüdlü Həsənov Hüseyn Qədir oğlu və 2018-ci il təvəllüdlü Mamedova Şahnaz Vüsal qızı olduğu bildirilib.

Hər iki yaralı Gəncə şəhər 2 saylı Uşaq  Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.