Serbiyada ordu ayağa qalxdı Xalqa


Dünya 06 İyn 2019 22:58:00 257 0

Serbiyada ordu ayağa qalxdı  Xalqa

Serbiya Nazirlər Kabineti bu günki iclasında ölkənin mərkəzi bölgələrində ağır yağış və su daşqınları səbəbiylə təbii fəlakət rejimi elan etməyi qərara alıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Serbiyanın Trstenik şəhəri ətrafında baş verən daşqın nəticəsində Selişte kəndinin 60 yaşlı sakini həlak olub. Belə ki, traktorla tarla sahələrinə sudan dəyən zərəri yoxlamaq üçün gedən şəxsi, texnikası ilə birgə su aparıb.

600 obyekti su basıb, 16 körpü və 20  yaşayış məntəqəsinə aparan yolu sel dağıdıb. Ölkə ordusu xalqın köməyinə cəlb edilib. Qonşu Bosna və Hersoqovinada da  vəziyyətin ağır olduğu qeyd edilir.