Can verən zaman edilən tövbə qəbul olurmu?


Digərləri 06 İyn 2019 22:20:00 207 0

Can verən zaman edilən tövbə qəbul olurmu?

Tövbə qapısı hər zaman insanın üzünə açıqdır. İslam.az-ın məlumatına görə, rəvayət edirlər ki, Peyğəmbərimiz buyurub: "Hər kim ölümündən bir il əvvəl tövbə etsə, qəbul olar". Sonra o həzrət bu müddəti get-gedə azaldıb, bir aya, bir həftəyə, bir günə endirdi. Axırda isə belə buyurdu: "Hətta bir gün də çoxdur, ölümü duymazdan əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər". Bu, öz günahını yaxşı anlayan, amma qəsdən tövbəni təxirə salan adamlara aid deyil. Ölüm ayağında, əli hər yerdən üzüldüyü halda tövbə edən şəxs heç nəyə nail olmaz.

Son.az islam.az-a istinadən bildirir ki, çünki tövbənin əsas şərti səmimiyyət və ixlasdır. Qeyri-səmimi edilən tövbələr Allah dərga¬hında qəbul edilməz. Quranda buyurulur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişdiyi anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamişıq!" (Nisa, 17-18). Elə buna görə də, ölüm anında tövbə etmiş fironun günahlarını Allah-taala bağışlamadı.