CO2 səviyyəsi tarixin ən yüksək səviyyəsinə çatdı


Digərləri 06 İyn 2019 22:15:00 235 0

CO2 səviyyəsi tarixin ən yüksək səviyyəsinə çatdı

Planetimizin atmosferində olan CO2 (karbon 4 oksid) səviyyəsi, 3 milyon ildən sonra ən yüksək səviyyəyə çatdı.

ABŞ elm insanları, planetimizdəki karbon qazının səviyyələrinin yazılmağa başlandığı tarixdən bu zamana qədərki ən yüksək səviyyələri tapdı. Bu təsbitin nəticəsində təcili vəziyyət rejiminə də keçilmiş oldu.

Havai adalarında olan və atmosferin CO2 səviyyələrini 1950-ci illərin sonundan etibarən izləyən Mauna Loa Rəsədxanası, milyonda 415,26 ppmlik CO2 səviyyələriylə qarşılaşdı.

Dünyanın atmosferindəki CO2 səviyyələri ən son üç milyon ildən əvvəlki zamanlarda bu qədər yüksəlmişdi. O zamanlarda qlobal dəniz səviyyəsi çox daha yüksək idi və Antarktika meşələrlə örtülü idi.