Batareyalara daha sürətli enerji yükləyən üsul


Digərləri 06 İyn 2019 20:15:00 176 0

Batareyalara daha sürətli enerji yükləyən üsul

Təsadüfən reallaşan elmi kəşflərə bir yenisi daha əlavə olundu.

Batareyadakı kristal fosfor laylarını iki ayrı lövhə halında ayırmağa çalışan elm insanları, sözün əsl mənasında yenilik gətirəcək bir texnologiyanı istəməyərək kəşf etdilər. Elm insanlarının kəşf etdikləri yeni enerji texnologiyası həm batareya tutumunu artırır, həm də ağıl almayacaq sürətlərdə batareyanın enerji yığmasına imkan verir.

İstehsal olunan yeni batareyalar, köhnə batareya texnologiyasına nisbətlə eyni həcmdə 50% daha çox batareya tutumuna malikdir. Bunu mümkün edən və adının nanoribbon olduğu ifadə edilən maddənin, enerji yığılmasını təmin edən ionların hal-hazırda mövcud batareyalardakına görə 1.000 dəfə daha sürətli hərəkət etməsinə imkan verir.

Sınaq mərhələləri haqqında hər hansı bir müddət verilməyən yeni batareyaların nə vaxt gündəlik həyatda istifadəyə keçə biləcəyi haqqında bir məlumat verilmir.