Yer üzündə olan bu 3 ev çox dəyərlidir


Digərləri 06 İyn 2019 20:10:00 186 0

Yer üzündə olan bu 3 ev çox dəyərlidir

Ustad Ənsarian buyurur: "Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir. Onlardan biri - Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır.

İkinci ev - Kəbədir.

Üçüncü ev isə möminin qəlbidir. Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.

Son.az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin qəlbi - Rəhmanın ərşidir".

Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.