Saç telindən stress analizi edildi


Digərləri 06 İyn 2019 19:45:00 223 0

Saç telindən stress analizi edildi

Yaponiya tədqiqatçılardan ibarət bir qrup, sadəcə bir neçə saç teli istifadə edərək, insanların stress səviyyələrini ölçən bir üsul yaraıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Şiqa Universitetinin təhsil fakültəsinin dosent doktoru kimi fəaliyyət göstərən və tibb sahəsində işləyən Masako Ohiranın rəhbərlik etdiyi qrup, insan orqanizmindəki stress dərəcəsini saç telindən ölçə bilir.

İnsan orqanizminin stress hiss etdikdə bir hormon ifraz etdiyini və saçların bu hormonu saxlamağa meyilli olduğunu müəyyən edən qrup, hormonu xüsusi bir kimyəvi maddə istifadə edərək, uğurla laboratoriya şəraitinə yerləşdiriblər və müvazinətlərini ölçüblər.

Bundan sonra qrup, kəşf etdikləri metodla aylıq bir santimetrelik saç böyümə sürətinə əsaslanaraq, 6 ay əvvələ qədər insanların nə vaxt, və nə qədər stress keçirdiyini müəyyən edəcəklərini deyir.