Ofis işi insanı necə “öldürür”? – İmpotensiya,


Digərləri 06 İyn 2019 19:48:00 218 0

Ofis işi insanı necə “öldürür”? – İmpotensiya,

Ofisdə oturaq iş çox gənclərin arzusudur. Əlin-ayağın təmiz, səliqəli otaqda oturub kompüter arxasında işini görürsən. Prestijli peşələrin çoxu da ofis işidir. Amma tibbi, sağlamlıq və ömür baxımından bu gün müasir insanı erkən yaşda xəstələndirən və illər əvvəl 70 yaşında rast gəlinən problemləri 40 yaşında qazandıran ofisdə iş ən təhlükəli hesab olunur.

Son.az medicina.az-a istinadən ofisdə 5-7 il işlədikdən sonra insanın zamanla necə məhv olmasının səbəblərini araşdırıb. Bu xəstəliklər də daha çox oturaq ofis işində çalışanlarda rast gəlinir.

1 il sonra - miqren, boyunda ağrı, əsəb, təşviş

Ofis işi, rejimi insanı ilk 6 ayda sınağa çəkir. Hər şey ideal görünür. Lakin cəmi 1 il sonra işçidə xandra, apatiya, sönüklük, boyun, bel, çanaqda ağrıs, baş ağrısı, daha çox miqren kimi xoşagəlməz simptomlar yavaş-yavaş baş qaldırmağa başlayır. Tibbdə buna ofis sindromu deyilir.

Britaniyada aparılmış araşdırma göstərib ki, ingilislərin 20% -i stress vəziyyətinin səbəbkarı kimi iş və ofisi göstərib, gənc 20-25 yaşlı əməkdaşlardan 7%- i isə bir neçə dəfə intihar barədə düşünüb.

-Artıq çəki, piylənmə, pis bədən

Ofisə arıq, nərmə-nazik gələn gənc işçilər belə 1 il sonra çəkidə artdıqlarını, arıqlaya bilmədiklərini, bel, ayaq, çanaq və çiyinlərə artıq piy yığıldığını və bədən ölçülərinin dəyişdiyini etiraf edib.

Amerikalı alimlərin 3000 ağ köynəkli arasında apardığı sorğu göstərib ki, 41%-də çəkidə 3-5 kq artım olub.

Ofis işçilərinin biznes lançı, ofisdə ayaqüstü yeməyi, gün ərzində çay, qəhvə, şirniyyat qəbulu, keyfiyyətli qidanı imkan olsa yalnız evdə dadmaları onları qısa müddətdə piylənmə ilə, bundan sonra da şəkərli diabetlə üz-üz qoyur. Dünyada ən çox peçenye, konfet,şokolad yeyənlər də uşaqlardan sonra ofis işçiləridir.  

-Görmənin zəfiləməsi

Ən itigözlü gənci ofisdə, kompüter və yazılı hesabatlar arasında 2 il işlətdikdən sonra onun görməsi zəifləyəcək. 80% hallarda ofislərdə işıq bucağı, monitorun vəziyyəti, ekranın işığı, otaqda quru hava işçinin göz yaşının qurumasına səbəb olur. Bu işçilərdə quru göz sindromu yaranır. Bir az cəld tərpənənlər, uldə 1 dəfə oftalmoloqdan keçib, yanlarında süni göz yaşı damcısı gəzidirib, gündə 5 dəfə gözlərini nəmləndirirlər. Əgər normada, açıq havada insan dəqiqədə 20 dəfə göz qırpırsa, komputer qarşısında bu 5 dəfəyə enir.

-Onurğa xəstəlikləri: ostexondrozdan tutmuş yırtığa kimi