Hansı səbəblərə görə dualar həbs olunur?


Digərləri 06 İyn 2019 19:10:00 273 0

Hansı səbəblərə görə dualar həbs olunur?

Rəsuli-Əkrəmdən (s) nəql edirlər: "O qövm ki, əmr-be-məruf və nəhy-əz-munkəri kənara qoyar, Allah rəhmətini onların(üzərindən) götürər. Hər nə qədər Allahı çağırsalar da, bu günaha görə (duaları) yerinə yetməz".

Həzrət Peyğəmbərdən (s) gələn bu hədisdən belə nəticə çıxartmaq olar ki, hər bir müsəlman birmənalı olaraq əmr-be- məruf və nəhy-əz-munkər vacibatını yerinə yetirməlidir. Əks halda, cəmiyyətin pis insanları yaxşılar üzərində hakim olacaqlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qəzzali isə bu hədisi belə mənalandırmışdır: "Belə deyildir ki, insanlar Allahı çağırsınlar və dua etsinlər, Allah da qəbul etməsin. Mənası budur ki, o zaman ki, bu vacibatı tərk edərlər - çox alçalarlar, izzət və kəramətləri aradan gedər. Və bu halda ki, Allahı çağırarlar, Allah onların səsinə cavab verməz. Hər nə qədər çağırsalar da, etina etməz.

Yəni, Peyğəmbərimiz (s) buyurur ki, əgər izzətli olmaq istəyirsinizsə, başqalarının sizə etimad etməyini istəyirsinizsə əmr-be-mərufu və nəhy-əz-munkəri tərk etməyin. Əgər tərk edərsinizsə, bu, sizin zəifliyinizdir, dualarınız qəbul olmaz. Və hətta düşmən də belə, sizə etimad etməz".