Elan edilməmiş savaş başlaya bilər – Kəşfiyyat sensasion


Dünya 06 İyn 2019 19:17:00 256 0

Elan edilməmiş savaş başlaya bilər – Kəşfiyyat sensasion

ABŞ Çindən yardım alan Səudiyyə Ərəbistanının ballistik raket proqramını böyük ölçüdə genişləndirdiyinə dair kəşfiyyat məlumatı alıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, Donald Tramp administrasiyası bu kəşfiyyat məlumatını Konqresdə olan demokratlarla paylaşmayıb, demokratlar isə bunu başqa bir mənbədən əldə edib.

Tramp hökuməti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya ümumi həcmi 8 milyard dollar olan silah satışını həyata keçirə bilmək üçün "fövqəladə vəziyyət" elan edib. Konqres isə bunun qarşısını almaq və silah satışını bloklamaq üçün yeni qanun layihəsi hazırlığına başlayıb.

Amerika kəşfiyyatının məlumatına görə, Səudiyyə Ərəbistanı son dönəmdə ballistik raket cəbbəxanasını genişləndirmək üçün Çinlə gizli anlaşıb.