Böyük savaşın siqnalı verildi –


Dünya 06 İyn 2019 19:18:00 220 0

Böyük savaşın siqnalı verildi –

Ehtiyac olarsa, Çinin 300 milyard dollar həcmindəki məhsuluna qarşı əlavə gömrük vergisi tətbiq ediləcək.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ və Çin arasında ticarət müzakirələrinin davam etdiyini xatırladan Tramp bununla belə, iki ölkənin yeni saziş üzərində anlaşa bilməyəcəyini istisna etməyib:

"Belə bir vəziyyət yaranarsa, Çindən idxal olunan 300 milyard dollar həcmindəki məhsula əlavə vergi tətbiq edəcəyik".

Tramp mayın 10-da əlavə vergi tətbiq ediləcək 200 milyard dollarlıq məhsulun siyahısını açıqlamışdı. Lakin bundan sonra açıqlanan siyahı üzrə yalnız 10% məhsula əlavə vergi tətbiq olunmuşdu.