Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" arasında qaliblər müəyyənləşib


Digərləri 06 İyn 2019 19:07:00 181 0

Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" arasında qaliblər müəyyənləşib

Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş kateqoriyasında qaliblər müəyyənləşib

Bakı. Cani Babayeva - Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş kateqoriyasında qaliblər müəyyənləşib. Trend-in məlumatına görə, batut gimnastikası üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri İlya Qruşinin (109.815 xal), ikinci yeri Ruslan Ağamirov (100.130 xal). Hər iki idmançı "Ocaq Sport" klubunun təmsilçiləridir. Tamblinq üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Mixail Malkin göstərib (65.100 xal, "Ocaq Sport" klubu), ikinci yerdə Fərid Mustafayev (62.400 xal, Bakı gimnastika məktəbi). Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Riyad Abbasov (84.435 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Renad Eyvazzadə (82.585 xal, "Ocaq Sport" klubu) tutub. Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Selcan Maqsudova (50.395 xal, Bakı gimnastika məktəbi) göstərib. Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Tofiq Əliyev (67.600 xal) tutub, ikinci yerdə Adil Hacizadə (65.000 xal), üçüncü yerdə isə Bilal Qurbanov (61.300 xal) qərarlaşıb. Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Zeynəb Qasımlı (Bakı gimnastika məkəbi) təmsil olunub. Z.Qasımlı 61.900 xal toplayib.