Gəncədə "Mercedes" yandı


Digərləri 06 İyn 2019 16:13:00 204 0

Gəncədə "Mercedes" yandı

Gəncənin Kəpəz rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "Mercedes" markalı minik avtomobilinin təkəri, arxa qapısının üzlüyü və arxa oturacağı qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.