Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü...


Dünya 06 İyn 2019 15:36:00 253 0

Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü...

Ermənistanda istintaq təcridxanasında saxlanılan sabiq deputat, general Manvel Qriqoryanın vəziyyəti ötən gecə qəflətən pisləşib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, yerləşdirildiyi şəhər xəstəxanasında koma vəziyyətindədir.

M.Qriqoryana qarşı cinayət işi çərçivəsində iyunun 4-də keçirilməli olan məhkəmə iclası onun səhhətində yaranmış problemlə əlaqədar iştirak etməməsi səbəbindən təxirə salınıb.

Vəkili M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia edib:

"Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə "mədəniyyət" olub və hələ də qalır".