Şəkidə “Renault”, Gədəbəydə "VAZ" qaçırılıb


Digərləri 06 İyn 2019 15:24:41 245 0

Şəkidə “Renault”, Gədəbəydə "VAZ" qaçırılıb

Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib.

Bakı. Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus “Renault” markalı avtomobilin qaçırılmasını bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib. Araşdırma aparılır.