Bərdə sakinindən “Makarov” götürüldü


Kriminal 06 İyn 2019 15:10:00 213 0

Bərdə sakinindən “Makarov” götürüldü

Bərdə sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.