Bərdə sakinindən “Makarov” götürülüb


Digərləri 06 İyn 2019 14:45:00 187 0

Bərdə sakinindən “Makarov” götürülüb

Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.

Bakı. Bərdə sakinindən silah götürülüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.