İranlı nazir istefa verdi


Dünya 06 İyn 2019 13:52:00 223 0

İranlı nazir istefa verdi

İranın təhsil naziri vəzifəsindən istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Nazirlər Kabinetindəki məlumatlı mənbə deyib.

Rəsminin sözlərinə görə, təhsil naziri Məhəmməd Bəthayi ötən gün Nazirlər Kabinetinin iclasından sonra istefa məktubunu İran prezidenti Həsən Ruhaniyə təqdim edib.

Məlumatlı rəsmi qeyd edib ki, nazir şəxsi səbəblərə görə istefa verib və prezidentin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.