Həyətində narkotika becərən şəxs saxlanıldı
Digərləri 06 İyn 2019 12:14:00 217 0
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Mənbə: milli.az