"Lukoyl"un prezidenti: "OPEK+" səyləri nəticəsində neftin qiymətini 60-70 dollar səviyyəsində saxlamaq mümkün olacaq


Digərləri 06 İyn 2019 11:59:01 152 0

"Lukoyl"un prezidenti: "OPEK+" səyləri nəticəsində neftin qiymətini 60-70 dollar səviyyəsində saxlamaq mümkün olacaq

"OPEK+"un səyləri neft üçün münasib olan qiyməti, yəni 1 barel üçün 60-70 dollar səviyyəsini saxlamağa imkan verəcək.

Bakı. "OPEK+" səyləri neft üçün münasib olan qiyməti, yəni 1 barel üçün 60-70 dollar səviyyəsini saxlamağa imkan verəcək. Trend-in məlumatına görə, bu fikri "Lukoyl"un prezidenti Vaqit Ələkbərov səsləndirib. Şirkət prezidenti deyib: "Neft üçün münasib qiymət 60-70 dollardır, lakin bu gün qiymət aşağı səviyyədədir. Ona görə biz ümid edirik ki, nazirlərimizin gördüyü tədbirlər neftin qiymətini yuxarı səviyyəyə qaldırmağa imkan verəcək".