Azərbaycana yayın gəlmə vaxtı açıqlandı
Digərləri 06 İyn 2019 11:42:00 212 0
Bu il yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
Son.az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, yaz fəsli iyunun 21-i Bakı vaxtı ilə saat 19:54-də yay fəsli ilə əvəzlənəcək.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olacaq. Həmin an qısa gecə və uzun gündüz qeydə alınacaq.
Mənbə: milli.az