Rayonlardan Bakıya sərnişin axını artıb


Digərləri 06 İyn 2019 11:48:00 196 0

Rayonlardan Bakıya sərnişin axını artıb

Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən bayramı həftəsonuna qədər regionlarımızda keçirəcək vətəndaşlarımızın rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə gücləndirilmiş iş rejimi ayın 10-na qədər uzadılıb.

Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istisna olmaqla bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edirdi:

"Ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11770 nəfər regionlardan paytaxta sərnişin daşınıb. Günün sonuna qədər bu rəqəmin 19000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrimizdə keçirəcək sərnişinlərimiz istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar.