Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə basqın etdilər


Dünya 06 İyn 2019 10:24:00 172 0

Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə basqın etdilər

Rusiyanın Sverdlovsk vilayətində ötən gün - iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Vaqif Sultanov ötən gün dəfn olunub və kriminal aləmin çoxsaylı nümayəndələri, habelə regiondakı azərbaycanlı icmasının üzvləri onun "Komfort" kafesində təşkil olunan yas mərasiminə toplaşıblar. Bu vaxt Sverdlovsk vilayəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maskalıları kafeyə basqın edib və 30 kriminal avtoriteti saxlayıb. Saxlanılanlar polis bölməsinə aparılıb.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə İdarəsinin mətbuat katibi Valeri Qorelıx deyib ki, yas mərasiminə reyd "profilaktik xarakter daşıyırdı". Onun sözlərinə görə, reydə "Rosqvardiya"nın xüsusi təyinatlılarının dəstəyi ilə keçirilib.

"Kriminal aləmin nümayəndələri və onların yaxınları bilməlidir ki, Şimali Uralda bir qüvvə var, o da DİN, FTX, "Rosqvardiya" və İstintaq Komitəsi"-Qorelıx bildirib.