Çimərliklərdə də şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu isə...


Digərləri 06 İyn 2019 09:50:00 210 0

Çimərliklərdə də şimal-qərb küləyi əsəcək, dəniz suyunun temperaturu isə...

Hazırda Bakıda küləkli hava müşahidə olunur.

Bakı. Hazırda Bakıda küləkli hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 28-33° isti, Bakıda 31-33° isti təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.