Beyin idarəsini təmin edən cihaz


Digərləri 06 İyn 2019 08:46:00 227 0

Beyin idarəsini təmin edən cihaz

Texnologiyanın çatdığı inkişaf bəzən qorxuducu ola bilər. Bu nöqtədə, elm insanları indi də beynimizi, hiss etdiklərimizi və xatırladıqlarımızı idarə edəcək bir cihaz üzərində işləyirlər.

Kaliforniya Universitetinin neyro mütəxəssisləri, beynimizi idarə edə biləcək, bu sayədə də hiss etdiklərimizi və xatırladıqlarımızı idarə edə biləcək bir cihaz yaradırlar.

Cihaz bu an üçün tamamlanmamış olsa da, siçanlar üzərində sınandı və müvəffəqiyyətli bir nəticə verdi. Bu üsul sayəsində, beynin təbii hadisələrə qarşı olan reaksiyasının təqlid ediləcəyi düşünülür.

Araşdırmanın digər detallarına görə, bu texnikanı istifadə edərək xatirələri dəyişdirmək və ya silmək də nəzəri olaraq mümkündür. Elm insanları bu cihazı protez üzvlərin təbii üzvlər kimi işləməsi üçün etmək istəsələr də, insanlara zərər verə biləcək bir cihaz olacağını da düşünmək lazımdır.