"Beş gündən sonra vədinə əməl edəcək"


Dünya 06 İyn 2019 08:48:00 225 0

"Beş gündən sonra vədinə əməl edəcək"

Cümə axşamı Meksika ilə ABŞ arasında sərhədi qeyri-qanuni keçmə üzrə sazişə dair danışıqlar bərpa olunacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" hesabında qeyd edib.

"Əgər saziş əldə olunmasa, 5%-lik gömrük rüsumları artıq bazar ertəsində işə salınacaq. Tariflər nə qədər yüksək olsa, bir o qədər çox şirkət ABŞ-a qayıdacaq", - deyə Tramp yazıb.

Qeyd edək ki, bir müddət öncə "Reuters" xarici işlər naziri Marselo Ebrardonun rəhbərliyi altında Meksika deleqasiyası ilə ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo arasında danışıqlar aparıldığını bildirmişdi. Tramp həmin ərəfədə müttəfiqlərin Normandiyaya gəlişini qeyd etməyə yollanmışdı.