Bir qığılcımla ot tayası külə döndü, yük maşını və ev yandı


Digərləri 06 İyn 2019 08:33:00 266 0

Bir qığılcımla ot tayası külə döndü, yük maşını və ev yandı

Göyçayda avtomobil, bir taya ot və evin bir hissəsi yanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Şəhadət kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Vaqif Əliyev həyətinə "QAZ 53" markalı yük avtomobili ilə ot gətirən zaman həyətyanı ərazidən keçən elektrik xəttinə toxunub və yanğın baş verib. Bir qığılcım avtomobildəki 1 ton quru otun yanmasına səbəb olub. Yanğın genişlənərək yük maşınını, Vaqif Əliyevin evini bürüyüb.

Əraziyə Göyçay Yanğından mühafizə hissəsinin 2 briqadası cəlb olunub. Tez bir zamanda alovun qarşısı alınıb. Yanğın zamanı 166 kv sahəsi olan evin 20 kv hissəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.