IEEE Huawei qadağasını geri götürdü


Digərləri 06 İyn 2019 08:21:00 209 0

IEEE Huawei qadağasını geri götürdü

Elektrik və elektron mühəndisləri İnstitutu (IEEE) tərəfindən "Huawei"yə qadağa qərarı qəbul edilmiş və nəticədə elm adamları ikiyə ayrılmışdı.

Son.az chip.az-a istinadən bildirir ki, verilən açıqlamalarda IEEE üçün çalışan alimlərin "Huawei" ilə bağlı yazı yazmaması qeyd olunaraq bunun hüquqi nəticələrinin olacağı vurğulanmışdı. Bu hadisə alimlər tərəfindən böyük bir reaksiya ilə qarşılandı. Hətta bəzi tədqiqatçılar işlərini buraxdıqlarını açıqladılar. IEEE bu gün "Huawei" ilə bağlı qadağanının aradan qaldırıldığını elan etdi.

IEEE ABŞ Ticarət nazirliyi ilə aparılan danışıqların nəticəsində belə bir qərarın qəbul edildiyi bildirilərək məsələnin detallarına toxunulmayıb. Təşkilatın verdiyi açıqlamalarda həm istifadəçiləri həm də özlərini müdafiə etmək üçün bu qərarın alındığı qeyd olunub.

ABŞ-da yerləşən və siyasi risk məsləhət şirkəti "Eurasia Group"un səlahiyyətlilərindən olan Paul Triolo bu qərarın qəbul olunması ilə əlaqədar açıqlama verib. Triolonun sözlərinə görə, IEEE-nin bu qadağanın aradan qaldırılmasının əsas səbəbi ABŞ-ın "Huawei" ilə bağlı bir sıra qadağalarının tətbiqini uzatması idi. Triolo ABŞ-ın tətbiq etdiyi bu qadağalarla yaxından tanış olduğunu qeyd edərək  IEEE-nin bu qərarının Trump rəhbərliyinin uzatma qərarı ilə uyğun və davamlı olduğunu söyləyib.