Lazer şüası yayan linza


Digərləri 06 İyn 2019 08:25:00 322 0

Lazer şüası yayan linza

Texnologiya və elm inkişaf etdikcə hamımızı təəccübləndirəcək yeni ixtiralar yaranır. Bunların sonuncusu da lazer şüası yayan kontakt linza oldu.

Yeni hazırlanan bu kontakt linza sayəsində istifadə edən insan gözlərindən lazer şüası çıxara biləcək. Təbii ki bu bir növ silah deyil və əslində təhlükəsizlik mövzusunda istifadə edilə bilmək üçün inkişaf etdirilmişdir, ancaq nə olursa olsun qulağa olduqca maraqlı gəlir.

Şotlandiyada Müqəddəs Endryus Universitetinin bir qrup alimi tərəfindən aylardır üzərində işlənilən bu layihə, nəhayət gözlənilən müvəffəqiyyəti almışdır və araşdırmaçılar əldə etdikləri nəticələri, layihənin məqsədini ifadə etdikləri məqaləni dərc etdilər. Layihədə sahəsinin ən yaxşı kimya və fizika professorları birlikdə işləyib. Əldə edilən nəticə isə olduqca qənaətbəxşdir.

Kontakt linzalar sayəsində birbaşa göz səthinə inteqrasiya edilən ultra incə və bükülə bilən lazerlərdən meydana gələn layihə, gözlərdən yayılan lazer şüalarının gerçək olmasını təmin etmişdir.