ABŞda güclü patlayış baş verib,


Dünya 06 İyn 2019 07:37:00 255 0

ABŞda güclü patlayış baş verib,

Nyu-Meksiko ştatında ABŞ Müstəqillik Günü üçün hazırlanan pirotexniki vasitələr yanğınsöndürənlər tərəfindən qablaşdırılan zaman partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 12 yanğınsöndürən xəsarət alıb.

Məlumata əsasən, onlardan 2-si helikopter vasitəsi ilə xəstəxanaya çatıdırılıb, 10-nuna isə hadisə yerində tibbi yardım göstərilib.

Partlayışın səbəbi araşdırılır.