Türkiyə SQ İraqın şimalında 40 terrorçunu zərərsizləşdirib


Dünya 06 İyn 2019 07:15:00 169 0

Türkiyə SQ İraqın şimalında 40 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların ümumi sayı 40-a çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.