Türkiyə SQ İraqın şimalında 40 terrorçunu zərərsizləşdirib


Digərləri 06 İyn 2019 06:26:00 175 0

Türkiyə SQ İraqın şimalında 40 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdiriblər

Bakı. Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdiriblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər. Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların ümumi sayı 40-a çatıb.