Ürək əməliyyatı zamanı xəstənin döş qəfəsində yanğın çıxdı Cərrahlar alovu sondürüblər


Digərləri 05 İyn 2019 23:50:00 290 0

Ürək əməliyyatı zamanı xəstənin döş qəfəsində yanğın çıxdı  Cərrahlar alovu sondürüblər

Avstraliyada ürəkdə əməliyyat zamanı aortanın partlaması nəticəsində xəstənin döş qəfəsindən alov çıxıb. Tibbdə nadir olay olan bu hadisə zamanı həkimlər özlərini itirməyib.

Son.az medicina.az-a istinadən bildirir ki, cərrahlar alovu söndürərək, arteriyanı tikə biliblər. 

Bu barədə Avropa Anesteziologiya konqresində məruzə olunub. 

Belə ki, 60 yaşlı kişinin üzərində aparılan aorta əməliyyatında arteriyanın daxili qatının cırılması baş verib. Xəstə həm də uzun müddət idi XOBL-ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkirmiş.

Alova səbəb ağciyər toxumasının ayrılması zamanı bull divarının zədələnməsi və ordan havanın sızması idi. Xəstənin tənəffüsünün dayanmaması üçün ona təmiz oksigen verilir.