3 otaqlı ev yanıb


Digərləri 05 İyn 2019 23:55:00 186 0

3 otaqlı ev yanıb

Ağcabədidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 70 m² olan qamışdan ibarət köməkçi tiklili və 80 m² sahədə qamışlıq yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.