Özbəkistanda şəhərlərarası və dövlətlərarası avtobuslar gecə vaxtı ancaq DİN əməkdaşlarının müşayiəti ilə yola çıxacaq


Dünya 05 İyn 2019 23:00:00 250 0

Özbəkistanda şəhərlərarası və dövlətlərarası avtobuslar gecə vaxtı ancaq DİN əməkdaşlarının müşayiəti ilə yola çıxacaq

Özbəkistanda bu il sentyabrın 1-dən şəhərlərarası və dövlətlərarası avtobuslar, həmçinin turistləri aparan müxtəlif tutumlu maşınlar gecə vaxtı ancaq Daxili İşlər Nazirliyi yol-patrul xidməti əməkdaşlarının müşayiəti ilə yola çıxacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistan hökuməti qərar qəbul edib.

Avtobusları xüsusi xidməti maşınlar müşayiət edəcək və bu xidmət pullu olacaq. Avtobuslar marşruta çıxmazdan əvvəl yol-patrul xidmətinin əməkdaşları məcburi qaydada maşınların texniki vəziyyətini yoxladıqdan sonra xəttə buraxılacaq.

Qərarda deyilir ki, 15 il şəhərlərarası və dövlətlərarası marşrutlarda işləyən avtobuslara lisenziya verilməsi qadağan edilir.