Kimlər infarkt ola bilər? Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA


Digərləri 05 İyn 2019 22:50:00 250 0

Kimlər infarkt ola bilər?  Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

Son.az xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

Odur ki, "Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye" məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.

Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

Araşdırma rəhbəri həkim Markos Minikuççi "Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir", - deyə qeyd edib.

Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.