Birbirindən dadlı dietik salatların HAZIRLANMA QAYDALARI RESEPTLƏR


Digərləri 05 İyn 2019 22:30:00 291 0

Birbirindən dadlı dietik salatların HAZIRLANMA QAYDALARI  RESEPTLƏR

Həm sağlam qidalanma, həm də yay dieti deyəndə ağla ilk salatlar gəlir.

Son.az medicina.az-a istinadən hər birinin özünəməxsus dadı, rəngi, aroması olan salatların hazırlanma qaydalarını təqdim edir.

1. QOZLU, MOTAL PENDİRLİ SALAT    1 porsiyası təxminən 400 kalori olur. Ana yeməklərin yerinə  bir dilim buğda (qara) çörəyi ilə yeyə bilərsiniz.    Resept:    - İki yarpaq əkin induası - İki xörək qaşığı zeytun yağı - 3 ədəd orta boy pomidor - 1 xörək qaşığı balzamik sirkə - 1 çay qaşığı yodlu duz - 3 dilim motal pendiri - 10 ədəd qoz    Hazırlanma qaydası:    Əvvəlcə qozu ləpələyib zeytun yağında qovurun (hətta ləpəni bir neçə yerə bölün). Pomidorları doğrayıb boşqabın kənarlarına düzün. Əkin induası tərəvəzini parçalara ayırıb qaba qoyun. Motal pendirini  göyərtinin üzərinə səpin. Qozu da əlavə edib, ehmalca qarışdırın. Zeytun yağı, nar turşusu, balzamik sirkə və duzlu bir sous hazırlayıb, hamısını birgə qarışdırın. Dadlı salatınız hazırdır. Nuş olsun!

2. TOYULQU SEZAR SALATI    1 posriyası 450 kaloriyə bərabərdir. Mayonez əvəzinə yoğurt istifadə etsəniz, kalori dəyəri azalır. Balanslı nahar yeməyi üçün 2-3 ədəd kəpəkli krakerlə qəbul edə bilərsiniz.   Tərkibi:   •    0,5 baton (200 q) •    300 q toyuğun döş əti  •    1 iri kahı dəstəsi •    50 q parmesan pendiri  •    1 diş sarımsaq •    1 pomidor (zövqə görə) •    100 ml zeytun yağı  •    Duz, istiot   "Sezar" sousu:   Klassik amerikan sousu:  5 ədəd dənəvər istiot  0,5 ədəd sarımsaq  1 çimdik duz 1 x.q. vuster sousu  3 yumurtanın sarısı 75 ml zeytun yağı 1/4 limon şirəsi  Bir qədər dijon xardalı   Hazırlanma qaydası:   Toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın. Tavada zeytun yağını qızdırıb əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Sarımsağı çıxarıb atın. Əgər çox saxlasanız, yağdan pis qoxu gələcək. Quru çörək batonunu kubik şəklində doğrayın. Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alanacan qızardın.   Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.

Klassik sous. Bu sousun tərkibində vuster sousu var, amma onu şəkərli-limonlu ançous sousuyla əvəz etmək olar (həvəngdəstədə 1 ançousun filesini döyün, yarım diş sarımsaq, bir neçə dənəvər istiot, yarım çay qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib döyün). 

Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın. 3 yumurta sarısına təxminən 75 ml zeytun yağı lazımdır. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.