Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub


Digərləri 05 İyn 2019 22:03:00 247 0

Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub

Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub

Bakı. Zərdabda qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.