Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir ALİMLƏR


Digərləri 05 İyn 2019 21:30:00 236 0

Stomatoloqlar 80% hallarda lazımsız antibiotiklər təyin edir  ALİMLƏR

Stomatoloqlar diş müalicə edib və ya çəkdikdən sonra antibiotik təyin edir. Çox zaman bunu xəstəni və sonrakı infeksiya, iltihabı önləmək üçün təyin edirlər. Alimlər bildirir ki, 80% hallarda bu təyinat boşunadır.

Son.az medicina.az-a istinadən bildirir ki, Çikaqo universitetinin mütəxəssisləri tədqiqatları nəticəsində 168 min nəfər stomatoloq pasiyentinin məlumatlarını və reseptlərini araşdırıb.

Məlum olub ki, 81% hallarda antibotiklərin təyinatı üzrə milli və beynəlxalq tövsiyyələrə uyğun olmayıb, reseptlərin çoxu ürək xəstəliyi riski olan pasiyent qrupuna yazılmayıb.   Təkcə ABŞ-da ümumilikdə təyin olunan antibiotiklərin 10%-ni stomatoloqlar təyin edir. Bu da tibbdə çox yüksək göstəricidir. Xüsusən diş implantı zamanı daha çox antibiotik təyin olunur. 

Həddən artıq və əsassız antibiotik təyinatı bakteriyaların dərmana rezisdentliyini artırır.