Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı


Digərləri 05 İyn 2019 21:20:00 251 0

Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı

Əgər uşaq yerə düşən konfeti götürüb ağzına qoyursa, əllərini yumamış yemək yeyirsə və ya şüşədən su içirsə, sakitləşin, təşvişə düşməyə dəyməz. Alimlər uşaqların sağlamlığı üçün palçıq oyunlarının əhəmiyyətindən danışıb. Bu araşdırma "New England Journal of Medicine" jurnalında dərc edilib.

Son.az xəbər verir ki, Çikaqo Universitetinin mikrobioloqu və 2 uşaq atası Cek Gilbert iddia edir ki, kir və mikroblarla əlaqə uşaqların immunitetini gücləndirir. Gilbert və onun həmkarları mikrobların uşaqlara təsiri haqqında çox maraqlı bir həqiqəti üzə çıxarb.

Gilbert deyib ki, mikroblarla əlaqə çox faydalıdır:

"Məsələn, əmzik yerə düşübsə və siz onu yerdən götürüb yenidən uşağa verirsinizsə, bu, onun immun sistemini stimullaşdırır. Onun güclü immuniteti olacaq. "Qrip və ya soyuqdəymə epidemiyasında əlləri yuyunmaq məcburiyyətlidir, ancaq oyun zamanı itin uşağın üzünü yalamasında heç bir problm yoxdur. Bu, hətta faydalı ola bilər".

Palçığın faydaları nədir?

Gilbertin fikrincə, bədəndəki infeksiyalara qarşı mübarizə aparan neytrofil hüceyrələri heç bir kirlə təmasda olmadığı zaman "tənbəl və iltihablı" olur. Ən azı mikroblar olmadığı zaman hüceyrələr bacarıqlarını itirir. Və sonradan orqanizmə infeksiya düşəndə bu, "partlayıcı iltihabi proseslərlə" dönür.

"Məhz bu, astma, ekzema və tez-tez qida allergiyasına səbəb olur" , - deyə Gilbert əlavə edib.

Gilbertin anaları narahat edən suallarına cavabları belədir:

Uşaqların əllərini antiseptiklə yumaq lazımdır?